Quraqlığa və şoranlığa davamlı yulğun kolu haqqında nə bilirik? - VİDEO - FOTO

Quraqlığa və şoranlığa davamlı yulğun kolu haqqında nə bilirik? - VİDEO - FOTO
07:57 3 Noyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Adı "Qırmızı kitab"a düşən yulğun kolu ölkəmizdə ən çox Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Elmi adı tamariks olan yulğun kolunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Salyan rayonunda Kür çayı boyunca yulğun meşələri uzanır. Belə ərazilərə həm də Tuqay meşələri deyirlər. Səhra və yarımsəhra bitkisinin hündürlüyü 1 metr və ondan da hündür olur. Quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.

Ekoloq Elman Hacıyev deyir ki, Salyan rayonu Kür-Araz ovalığında yerləşdiyindən bu ərazilərdə yulğun kimi bitkilər çoxdur: "Yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər".

Yulğun kollarında gizlənən quşlardan biri qırqovuldur. Bundan başqa, ərəbdovşanı da yuvasını məhz bu kolun dibində salır. Bioloqlar yulğunun insan orqanizmi üçün xüsusi rol oynadığını da qeyd edirlər.

Bioloq Elmira Abıyevanın sözlərinə görə, yulğun çox əhəmiyyətli bitkidir və geniş yayılıb: "Yulğunun 80-dən çox növünün olmasına baxmayaraq, Azərbaycanda yalnız bir növünə rast gəlinir. Yulğun bitkisi quraqlıq və şoranlıq yerlərə davamlı olduğu üçün təbiətdə yaşıllaşdırmada geniş istifadə olunur. Eyni zamanda, quşlar, əsasən də qırqovul çoxalma dövründə bu bitkinin sıx yarpaqlarının arasında gizlənə bilir və vəhşi heyvanlardan mühafizə olunur. Yulğun insanlar üçün mualicəvi dərman bitkisi kimi də çox böyük əhəmiyyətə malikdir. Ağ ciyərin müalicəsində yulğun bitkisinin tüstüsündən istifadə edilir, eyni zamanda, tənəffüs yollarının açılmasında xeyirlidir".

Adi koldur deyib, yulğun ağacını kəsməyə cəhd etməyin. Yulğunun laksa növü "Qırmızı kitab"a düşüb. Məhz bu növ kəsildikdə cərimələrin əmsalı da artır. Belə ki, 4 santimetrə qədər olan adi yulğun kolu məhv edilərsə, cəriməsi 80 manatdır. "Qırmızı kitab"a düşən "laksa" növü kəsilərsə, o zaman cərimə 25 əmsala vurulur. Ümumiyyətlə, yulğun kəsilməsinə görə, fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimələnir. Bu məbləğin üstünə dəymiş ziyan da gəlir. Avtomobil yollarının kənarında və dəmir yolu zolaqlarında kəsilən yulğunlar üçün tətbiq olunan cərimə daha ağırdır. Fiziki şəxslər 2500, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/799175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR