Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Belə ki, o, 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur.
Faktla bağlı araşdırma aparılır.

***12:53
Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.