Honq Konqda etirazlar 22-ci həftəyə daxil olur

Honq Konqda etirazlar 22-ci həftəyə daxil olur
17:47 3 Noyabr 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

Honq Konq polisi şənbə günü etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, Honq Konq küçələrində artıq 22 həftə sonudur ki, demokratiya tərəfdarları nümayişlər keçirir.

Cümə günü Honq Konq, Makao və Əsas Qanun Komissiyasının direktoru Şen Çunyaok xəbərdarlıq edib ki, Çin "separatçılığı təşviq edən və ya milli təhlükəsizliyə hədə olan əməllərə qətiyyən icazə verməyəcək və xarici güclərin Honq Konq və Makaonun işlərinə müdaxilə etməsinin və separatçılıq, çevriliş, infiltrasiya və təxribat cəhdlərinin qarşısını alacaq."

18 yaşlı etirazçı Qordon Tsoi Fransanın AFP xəbər agentliyinə deyib: "Hökümət və polis insanların tələblərinə məhəl qoymur, onları yatırmağa çalışır, ona görə də biz hərəkatı davam etdirməliyik ki, hələ də tələb etdiklərimizi istədiyimizi göstərək".

Asiyanın maliyyə mərkəzi sayılan Honq Konqda iyun ayından bəri kütləvi və bəzən zorakı olan etirazlar keçirilir. Etirazlara cinayətdə şübhəli bilinənlərin Çinə ekstradisiyasını təklif edən qanun layihəsi səbəb olmuşdu. Lakin saha sonra bu etirazlar Honq Konqda demokratiya, polisin güc tətbiq etməsi ilə bağlı müstəqil təhqiqat və nümayişlər zamanı həbs olunan fəalların amnistiyasına dair çağırışlara çevrildi. Maskalı fəallar bizneslər və şəhərin metro şəbəkəsini dağıdıb və polisə kərpiclər və evdə düzəltdikləri molotov kokteylləri ilə hücum edib.

Honq Konq Çin 1997-ci ildə ərazinin nəxsarətini Britaniyadan geri alandan bəri "bir hökümət iki sistem" düzülüşü altında yüksək dərəcədə muxtariyyətə malikdir. Lakin siyasi fəallar və müşahidəçilər deyir ki, Pekin yavaş-yavaş ərazi üzərində nəzarətini artırır və insanların təməl azadlıqları əllərindən alır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR