Amerikalı aktrisanın məşhur geyimi rekord qiymətə satıldı -

Film dünyasına "axmaq sarışın" ifadəsini qazandıran amerikalı aktrisa və model Merlin Monro ölümündən 57 il keçməsinə baxmayaraq hələ də məşhurluğunu qoruyan adlardan biridir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, aktrisanın ən unudulmaz filmlərindən birində geydiyi geyim Los Angelesdə təşkil olunan hərracda 280 min dollara dollara satılıb.

Monronun 1954-cü ildə çəkildiyi "Səhnə aşiqləri" adlı komediya filmində geydiyi kostyum qara üst geyim, yerə qədər uzanan çiçəkli bir ətək və həsir papaqdan ibarət idi. Bu geyim 1962-ci ildə dünyasını dəyişən Hollivud ulduzunun geydiyi və cümə günü təşkil olunan hərracda satılan geyimlərdən sadəcə biri idi.

Bir çox geyim yüksək qiymətlərə satılsa da, heç biri Monronun 1962-ci ildə o dövrün Amerika prezidenti Con Kennediyə "doğum günü" mahnısını oxuyarkən geydiyi qızıl, kristallı geyimin 2016-cı ildə rekord qıran 4.8 dollarlıq satışına çata bilməyib.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR