Bağdadda polis etirazçılara atəş açdı: ölənlər var

Bağdadda polis etirazçılara atəş açdı:  ölənlər var
21:57 4 Noyabr 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün polis İraqın paytaxtında etiraz aksiyasının iştirakçılarını atəşə tutub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, insident nəticəsində azı beş nəfər həlak olub.

Son məlumata əsasən, təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi rayonundakı Ər-Rəşid küçəsində etirazçılara qarşı odlu silahdan istifadə edib. Hazırda nümayişçilər şəhərin mərkəzində yerləşən "Təhrir" meydanına soxulmağa çalışır. Polis onların qarşısını almaq üçün dəyənəklərdən istifadə edir. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində, həmçinin onlarla insanın xəsarət aldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar Baş Nazir Adil Abdulmehdinin istefasını tələb edirlər. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR