İraqda aksiya: ölənlər və yaralananlar var

İraqda aksiya: ölənlər və yaralananlar var
02:18 5 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

İraqda keçirilən etiraz aksiyasında 3 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin İnsan Haqları üzrə Ali Komissiyasının üzvü Əli əl-Bayati bildirib.

"Üç nəfər həlak olub, nümayişçilər, hərbçilər də daxil olmaqla 150-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti Bağdaddakı aksiyada təngnəfəslikdən zərər çəkiblər", - deyə açıqlamada bildirilir.

Bazar ertəsi İraqın şiələrin üstünlük təşkil etdiyi şəhərlərinin əksəriyyətində ümumi tətil elan edilib, əsas magistrallar bağlanılıb.

Qeyd edək ki, oktyabrın əvvəllərindən davam edən aksiyaların iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər (Report.az).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/295140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR