Prezidentdən SƏRT XƏBƏRDARLIQ: O icra başçılarının canına qorxu düşdü və təcili şəkildə...

Prezidentdən SƏRT XƏBƏRDARLIQ: O icra başçılarının canına qorxu düşdü və təcili şəkildə...
12:48 5 Noyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

“Əvvəl otağından çıxmayan icra başçıları artıq bölgələrə səfərlər təşkil edirlər, kənd-kənd, qəsəbə-qəsəbə gəzirlər. Bu da onların canına düşən qorxunun təzahürüdür”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Prezident İlham Əliyevin apardığı son kadr islahatlarından danışan şərqşünas bildirib ki, bütün bu işlər Azərbaycan xalqının mənafeyinə, rifahına hesablanıb: “Hər zaman xalqın içində olan bir ziyalı, iman adamı kimi bildirmək istəyirəm ki, son günlər ölkə başçısı cənab İlham Əliyevin apardığı kadr islahatı, xüsusi olaraq gənclərin, potensial düşüncə sahibi olan, Azərbaycan dövlətçiliyinə xidmət göstərəcək şəxslərin vəzifələrə təyin olunması prosesi Azərbaycanın milli maraqlarını hər fürsətdə öndə tutan şəxslər tərəfindən alqışlandı. Mən də bu kadr islahatlarının Azərbaycan dövlətçiliyinin bütövlüyünə xidmət edən Azərbaycan iqtidarının və ölkə başçısının apardığı uğurlu siyasət kimi dəyərləndirirəm. Düşünürəm ki, başqa məmurlar da yeni təyin olunan məmurların fəaliyyətindən örnək alacaq. Təsəvvür edin, yeni təyin edilən Xaçmaz rayonunun icra başçısı qapısını hər kəsin üzünə açıq qoyub. Bildirib ki, hər gün hər bir vətəndaş ona öz sözünü çatdıra bilər. Bununla yanaşı, daha bir gəncin Prezident Administrasiyasına rəhbər təyin olunması, sıravi insanlarda inamı daha da artırır. Düşünürəm ki, bu cür islahatlar getdikcə Azərbaycan xalqının öz hakimiyyətinə inamı daha çox artırır”.

Seyid Camal Əzimbəyli qeyd edib ki, bəzi məmurlar artıq təşviş içindədir: “Məndə olan dəqiq informasiyaya görə, bəzi məmurlar artıq cənab prezidentin sərt çıxışlarından və xəbərdarlıqlarından sonra öz gündəliklərində - bu sözü cəsarətlə deyirəm - tələm-tələsik düzəlişlər və əlavələr etməyə başlayıblar. Əvvəl təkcə cümə günləri vətəndaşları qəbul saatları elan olunurdusa, indi hər gün bu proses aparılır. Düşünürəm, bu cür islahatların aparılması və cənab prezidentin açıq şəkildə bəzi məmurlara xəbərdarlıqlar göstərir ki, Azərbaycanın milli maraqları üçün məmur və xalq arasındakı münasibətlərin daha da səmimiləşməsi və dərinləşməsinin şahidi ola biləcəyik. Çünki dövlətin mənbəyi xalqdır. Əgər prezident özü söyləyirsə ki, xalqa xidmət edirəm, hər bir vətəndaşın prezidentiyəm, o zaman onun təyin etdiyi məmurlar da prezidentin özündən dərs almalıdır. Günlərlə, aylarla bəzi məmurların, xüsusilə, bir çox icra başçısının qapısının ağzında növbəyə dayanan vətəndaşlar arasında narazılıqlar var idi. Xüsusilə bölgələrimizdə. Heç şübhəsiz ki, bu narazılıqlar hakimiyyətin əleyhinə çevrilirdi. Bəzi icra başçıları prezidentin tapşırıqlarından sonra təşvişə düşərək artıq bir deyil, bir neçə köməkçisini bu işə cəlb edib.

Hörmətli Mehriban xanım Əliyevanın da hər zaman etdiyi işləri son aylarda intensivləşdirməsi də diqqətimdən qaçmadı. Birinci xanım xüsusi olaraq, şəhid və qazi ailələri ilə yaxından təmas qurur və milli-mədəni irsimizin qorunması istiqamətində müqəddəs məkanlara baş çəkir. Bu da Azərbaycan dövlətinin mənəvi gücə sahiblənməsi deməkdir. İnanıram ki, kadr islahatları, gənclərə verilən rollar öz müsbət bəhrəsini verəcək və Azərbaycan xalqının mənafeyi naminə böyük uğurlar qazancağıq”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/295172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR