Səhiyyə Nazirliyi keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlara münasibət bildirdi

Səhiyyə Nazirliyi keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlara münasibət bildirdi
13:08 5 Noyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AEM-ya standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb:

"Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun "Qaynar xətt" nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına (aem@pharma.az) yazaraq və ya AEM-in "Bir Pəncərə" xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3144269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR