Aksiyaçılar nazirliyin binasına hücum çəkdi:

İraqın paytaxtı Bağdadda 25 oktyabrdan bu yana toplanan aksiya iştirakçıları Baş nazir Adil Əbdülmehdinin ofisinin yer aldığı səmtə doğru hərəkət ediblər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, polisin aksiya iştirakçılarına atəş açması nəticəsində 4 nəfər həyatını itirib.

Qeyd edək ki, aksiya iştirakçıları təxminən 10 gündür həmin bölgəyə girməyə çalışırlar. Onlar Baş nazirin ofisinə gedən yolları bağlayaraq ofisi mühasirəyə almağa çalışırlar. İraqın müxtəlif yerlərində gedən aksiyalarda isə son 65 gündə 400 nəfər dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR