İngiltərə şahzadəsi ona "yaraşıqlı" deyərək səslənən qıza belə cavab verdi -

Amerikalı aktrisa Meghan Markl ilə evlənərək krallıq qaydalarını alt-üst edən şahzadə Harri Yaponiyadakı Regbi Dünya Kubokunun finalı üçün Tokioya gedib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, səyahət etdiyi hər ölkədə diqqət mərkəzində olan şahzadə Harri hələ gənc qızların maraq dairəsindədir. Həyat yoldaşı Meghan Markl və oğlu Arşie olmadan Yaponiya səyahətinə çıxan şahzadə Harrinin bir məktəbə ziyarəti zamanı gənc qızlar ona "yaraşıqlı" deyə səslənib. Şahzadə qızların bu hərəkətinə qarşılıq olaraq barmağındakı üzüyü göstərib. Həyat yoldaşına olduqca bağlı olan şahzadə Harrinin bu davranışı sosial mediada müzakirələrə səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR