Libertadores Kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib

Libertadores Kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib
11:07 6 Noyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Libertadores Kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib.
“Report” Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyun Perunun paytaxtı Limada keçiriləcək. Dəyişkliyə səbəb Çilinin paytaxtı Santyaqoda oktybarın 14-dən hökumətin sosial-iqtisadi sahədə yürütdüyü siyasətə qarşı başlayan və iğtişaşlara səbəb olan etiraz aksiyalarıdır.
Braziliyanın “Flamenqo” və Argentinanın “River Pleyt” komandaları arasında baş tutacaq görüş noyabrın 24-də deyil, 1 gün əvvəl keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm Argentinanın “Boka Xuniors” və “River Pleyt” komandalarının finalçısı olduğu turnirin qalibi iki oyunun nəticəsinə əsasən müəyyənləşib. “Boka Xuniors”un meydanında keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2.
Cavaq oyunu “River Pleyt” azarkeşlərinin qonaq komandanın avtobusuna hücum etməsi üzündə baş tutmayıb. Daha sonra matçın yeri dəyişdirilib və İpsaniyada “Real Madrid”ə məxsus “Santyaqo Bernabeu” stadionunda reallaşıb. Burada “River Pleyt” 3:1 hesabı ilə qalib gəlib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/libertadores-kubokunun-final-oyununun-yeri-ve-vaxti-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR