Körpələrinin məzarının güllərlə bəzəndiyini görən ailə

Türkiyənin Kahramanmaraş bölgəsində yaşayan İbrahim və Hanım Kazankıran cütlüyü işləmək məqsədilə 1991-ci ildə Almaniyaya köçüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, cütlüyün 25 avqust 1992-ci ildə Almaniyada Alişir adını verdikləri körpələri dünyaya gəlib. 5 aylıq ikən çarpayıdan düşən körpəni ailəsi xəstəxanaya yerləşdirib.

Xəstəxanada 3 gün körpəsinin yanında qalan ana Hanım Kazankıran digər uşaqlarına nəzarət etmək üçün xəstəxanadan ayrılıb. Növbəti gün xəstəxanaya gələn ana körpənin beyin qanaması nəticəsində əməliyyata alındığını öyrənib. Bir müddət sonra ailəyə uşaqlarının öldüyü bildirilib və körpənin cənazəsi ailəsinə 24 gün sonra təslim edilib.

Körpələrini dəfn edən ailə illər sonra məzarı başqa birinin bəzədiyini görərək şübhələnib və DNT analizi edib. Testin nəticəsinə görə, məzardakı körpə ailənin uşağı çıxmayıb.

Kazankıran ailəsi uşaqlarının ölü və ya dirisini tapmaq üçün vəzifəli şəxslərdən kömək istəyib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR