Pərviz Bülbülə başına SAÇ ƏKDİRMƏYİB - O bilirsiniz nədir? - FOTO

Pərviz Bülbülə başına SAÇ ƏKDİRMƏYİB - O bilirsiniz nədir? - FOTO
17:42 6 Noyabr 2019
450 Şou
Ölkə mətbuatı
A- A+

"Saçın əkilmədir?"

Milli.Az xəbər verir ki, bu sualla Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas "Hər şey daxil"in efirində verilişin digər qonağı Pərviz Bülbüləyə müraciət edib.

Tarix Əliyev (Tolik) meyxanaçının cavabını gözləmədən onun "sirrini" açıb:

"O bilirsiniz nədir? Təbii bir saçdır, yapışdırılır. Mənə də dedilər ondan edim. O yaxşıdır. Pərvizin vaxtı var da tez-tez getsin saç ustasına. Amma çox yaraşır".

Son günlər yeni saçları ilə gündəm olan Pərviz Tolikin sözlərini təsdiq edib:

"Mən bunu bir layihəyə, bir proyektə görə etmişəm. Əgər alınmasa bunu da ləğv edərik. Proyekt alınsa qalar".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR