Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti səyyar xidmət keçirib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti səyyar xidmət keçirib (FOTO)
18:36 6 Noyabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, xidmət tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarında yaşayan 67 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlara 6 əlil arabası, 78 cüt protez ayaqqabı, 1 cüt ortopedik ayaqqabı, 2 ədəd aşağı ətraf protezi və ortezi, 44 ədəd əsa, 34 cüt dirsəkaltı, 13 cüt qoltuqaltı ağac, 1 ədəd bandaj, 98 ədəd güdül üçün corab, 20 ədəd dizlik, yara əleyhinə 10 ədəd döşəkcə, 14 ədəd dartıcı elastik boru, 85 ədəd rezin ucluq verilib.

Növbəti mərhələdə İsmayıllı, Qəbələ, Oğuz, ŞamaxıQobustan rayonlarında yaşayan əlilliyi olan şəxslərə də səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3144947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR