İrandan gələn Azərbaycan vətəndaşı ayaqqabısında narkotik keçirərkən tutuldu

İrandan gələn Azərbaycan vətəndaşı ayaqqabısında narkotik keçirərkən tutuldu
20:57 6 Noyabr 2019
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından hər birində 2 ədəd olmaqla ümumilikdə, 4 ədəd bağlamada ümumi çəkisi 206 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/800239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR