Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb
11:43 7 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Lexus RX 330" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağın söykənəcək və yük hissəsində xüsusi hazırlanan gizli saxlanc yerində, ön şitində gömrük nəzarətindən gizlədilən 13 ədəd "Samsung A10S", 16 ədəd "Redmi Note 7", 3 ədəd "Redmi Note 8 Pro", şəxsi yoxlama zamanı isə vətəndaşın bel nahiyyəsindən 3 ədəd "Redmi Note 7" markalı mobil telefonlar, eləcə də mobil telefonlar üçün qutu və aksesuarlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3145340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR