Albinos xəstələrinin bədən üzvləri kəsilərək cadugərlikdə istifadə olunur.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu dəhşətin son qurbanı Zambiyanın şimalındakı Kitve şəhərində yaşayan 7 yaşlı qız uşağı olub. Bölgənin polisi Charity Katanqa kimliyi bilinməyən şəxslərin gecə yarısı gizlicə bir evə girərək bacısı ilə birlikdə yatan 7 yaşlı bir albinos uşağı evin kənarına çıxararaq əlini kəsdiyini bildirib. Daha sonra isə ailə üzvləri hadisədən xəbər tutaraq qışqırmağa başlayıblar. Qaçaraq uzaqlaşan cani polislər tərəfindən axtarılır.
Genetik bir xəstəlik olan Albinizmdə bədəndə doğuşdan melanin piqmentlərinin əksikliyi dəri, saç və gözlərin ağ olmasına yol açır. Albinos xəstələrinin qarşılaşdığı ən böyük problemlər isə isti hava ilə mübarizə aparmaq və cadügərlər tərəfindən öldürülmə təhlükəsidir.
Albinoslar Afrikanın bəzi bölgələrində zəngin olmaq, qismət tapmaq və sağlamlığa qovuşmaq üçün öldürülür. Bəzi ölkələrdə də albinos və fiziki qüsurlu uşaqların ruhlar tərəfindən idarə olunduğuna inanılır.