İki ay ərzində 100-dən artıq şəxsə ovçuluq bileti verilib

İki ay ərzində 100-dən artıq şəxsə ovçuluq bileti verilib
18:37 8 Noyabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

"İki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, xarici vətəndaşlara ovçuluq biletlərinin verilməsi hələlik nəzərdə tutulmur: Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".

H.Əlizadə bildirib ki, vətəndaşlar ov icazələrinin alınması üçün yaşadıqları regional idarələrə müraciət etməlidirlər: "Vətəndaş ov icazəsinin alınması üçün ovçuluq biletini təqdim edir. Amma ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq, fərqlidir. Nazirlər Kabinetinin 176 saylı qərarında hər bir quşa, heyvana görə ayrılıqda müəyyən edilmiş ödəmə əmsalı qeyd olunub".

H.Əlizadə əlavə edib ki, qanunsuz ova görə cərimələr İnzibati Xətalar Məcəlləsində qeyd olunub. Bu cərimənin məbləği min manatdan iki min manata qədərdir: "İstər yerli, istər xarici vətəndaş ov obyektini nə qədər sayda ovlayıbsa, nə qədər sayda təbiətə ziyan vurubsa, ona uyğun da cərimə ödəyir. Ovçu i ki min manat cərimədən əlavə, nə qədər ov ovlayıbsa, onun da cəriməsini ödəyir. Təbiətə dəyən zərərin məbləği 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi açılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR