Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya sədr seçildi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya sədr seçildi - FOTO
21:33 8 Noyabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, iclasda Qafqaz Regional Ekoloji Mərkəzin rəhbəri Mələk Şükürova İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin üzvü Amin Məmmədov sədr müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova isə katib seçilib.

ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Nazirlik yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/295598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR