Braziliya OPEK-ə üzv olmaqda maraqlı deyil

Braziliya OPEK-ə üzv olmaqda maraqlı deyil
05:27 9 Noyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Braziliya enerji sənayesinin gələcəyi ilə bağlı OPEC-lə dialoq aparmağa hazırdır, lakin qiymətləri təyin etmək və istehsalın məhdudlaşdırılması üçün kartelə qoşulmaqda maraqlı deyil.
“Report” RİA “Novosti”yə sitinadən xəbər verir ki, bunu ölkənin İqtisadiyyat naziri Paulo Quedes “Reuters” agentliyinə açıqlamasında deyib.
“Məlumat almaq və müzakirələr aparmaq üçün orada olmalısınız, ancaq neft böhranı yolu ilə Qərb demokratiyasına təzyiq göstərmək əsla olmaz. Prezident Bolsonarın prinsip və dəyərləri var. Onları bir ovuc nağd pula dəyişdirməyəcək”.
Bundan əvvəl Braziliya prezidenti Jair Bolsonaru ölkəsini OPEC-in tərkibində görmək istədiyini söyləyib. Onun fikrincə, Braziliyanın bunun üçün potensialı mövcuddur, çünki ölkə ərazisində böyük neft ehtiyatları var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliya-opek-e-uzv-olmaqda-maraqli-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı