Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb

Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb
10:57 9 Noyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda mübahisə zəminində döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov parkında qeydə alınıb. 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə edərkən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər onlara söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR