İspaniyada parlament seçkiləri keçiriləcək.
Publika.az xəbər verir ki, 37 milyon 872 min 49 seçici 350 millət vəkili və 208 senator üçün səs verəcək. Xaricdə isə 2 milyon 128 min 559 qeydiyyata alınmış seçici var.
Son 4 ildə 4-cü dəfə sandıq başına keçən ispanların 09:00-dan 20:00-a qədər səslərindən istifadə hüququ var.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölkə miqyasında təhlükəsizliyi təmin etmək üçün 92 mindən çox polis və jandarm qüvvələri səfərbər edilib.
Kataloniyada isə müstəqillik tərəfdarlarının seçkiləri boykot çağırışları və səsverməni əngəlləmək cəhdlərinin arşısını almaq üçün 12 mindən çox polis xidmət edəcək.
Anketlər Sosialist İşçi Partiyasının (PSOE) seçkilərdə qalib gələcəyini proqnozlaşdırır.
Zümrüd