Ötən gün İngiltərə də Almaniyanın qadınlardan ibarət milli komandalarının Londonda keçirilən yoxlama oyununda dünya rekordu qeydə alınıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Uembli stadionundakı matçı 77 min 768 tamaşaçı izləyib. Bunadək rekord yenə bu komandaların 2014-cü ilin noyabrındakı matçında (45 min 619 tamaşaçı) olmuşdu.
Qeyd edək ki, matç 2:1 hesabı ilə almanların xeyrinə başa çatıb. Qələbə qolunu Fil Nevilin komandasının qapısından 90-cı dəqiqədə 18 yaşlı Klara Bul keçirib.
Milli.Az