Yaddaş və immuniteti gücləndirən POL-POLA - GÜNDƏLİK ÇAY KİMİ...

Yaddaş və immuniteti gücləndirən POL-POLA - GÜNDƏLİK ÇAY KİMİ...
11:28 11 Noyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Xalq arasında pol-pola adı ilə tanınan xovlu evra bitkisindən nəinki ənənəvi, həmçinin qeyri-ənənəvi təbabətdə də istifadə edilir. Onun vətəni Şri-lanka hesab olunur. Orada bitən pol-pola bitkisinin müalicəvi xüsusiyyətləri digər yerlərdə bitənlərdən çox fərqlənir. Radiasiya səviyyəsinin yüksək olduğu ərazidə yaşayanlar həmin bitkidən istifadə edə bilərlər.

Publika.az azərtac-a istinadla xəbər verir ki, pol-pola orqanizmdə gedən iltihabi proseslərin qarşısını alır, tənəffüs yollarını selik və toksik maddələrdən təmizləyir. Bronxit, traxeit və qrip kimi xəstəliklərin müalicəsində istifadə olunan bu dərman vasitəsinin, eyni zamanda, antibakterial və sidikqovucu təsirləri də var. Pol-poladan ağrıkəsici kimi oynaqların iltihabı zamanı da istifadə etmək olar. Həmçinin dərinin normal rəngini bərpa edir, səpgi və sızanaqların qarşısını alır. Sinir sisteminin funksiyasını normallaşdırır, böyrəklərin pozulmuş fəaliyyətini bərpa edir. Qanın laxtalanma qabiliyyətini azaldaraq damarlarda tromb əmələgəlmə prosesinin qarşısını alır. Bitkinin xoş ətrə malik olması ondan gündəlik çay kimi istifadə etməyə imkan verir. Pol-pola, həmçinin böyrəklərdə daşların da parçalanmasını təmin edir. Onunla aparılan imalə nəinki mədə-bağırsaq traktını, həmçinin sidik-ifrazat sistemini və öd yollarını təmizləyir.

Daha çox diuretik, böyrək və qaraciyər daşlarının parçalanmasında istifadə edilən pol-pola qanda xolesterinin miqdarını aşağı salır, yaddaş və immuniteti gücləndirir. Pol-polanın ətirli çay kimi dəmlənib içilməsi də faydalıdır. Qrip və soyuqdəymə zamanı çox xeyirlidir, tənəffüs yollarını bəlğəmdən təmizləyir, kolit, infeksiya və böyrək xəstəliklərində antibakterial təsir göstərir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/295774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR