"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir

"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir
13:22 11 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.
“Report” xəbər verir ki, bu barədə “Sky Sport Italia”ya Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bildirib. Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa yaxındırlar.
İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.
Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-90-milyon-avroya-aldigi-futbolcu-ile-muqavileni-yenileyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR