Bakı. Trend:

Dünya şöhrətli müğənni Müslim Maqomayevin həyat yoldaşı, Rusiyanın tanınmış opera müğənnisi Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müalicə olunur.

Məlumata görə, onun cərrahiyyə əməliyyatına alınıb-alınmaması məsələsi gündəmdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin