İlham Əliyev: “Azərbaycan nəqliyyat layihələrindən həm siyasi, həm də iqtisadi dividendlər götürəcək”

İlham Əliyev: “Azərbaycan nəqliyyat layihələrindən həm siyasi, həm də iqtisadi dividendlər götürəcək”
16:32 12 Noyabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

“Son illərdə energetika, nəqliyyat sahələrində qarşımızda duran bütün vəzifələr icra edilib. Bu vəzifələri icra etmək üçün çox böyük səylər göstərilib”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Suraxanı, Yasamal və Xətai rayonlarının, eləcə də Şirvan şəhərinin yeni icra başçıları ilə görüşündə deyib.
“Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına demək olar ki, bir il vaxt qalıbdır. İnşallah, biz bu layihəni də uğurla başa vuracağıq.
Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti də böyük dərəcədə bizim uğurlu siyasətimizdən asılı idi və bu layihələrə artıq start verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən həm böyük siyasi, həm də iqtisadi dividendlər götürəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-neqliyyat-layihelerinden-siyasi-iqtisadi-dividend-goturecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı