Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb

Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb
11:32 13 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda törəməsi olan Türkiyənin "Zıraat Bankası" bu ilin III rübündə təxminən 1 milyard lirə (175 milyon ABŞ dollar) xalis mənfəət əldə edib. 
"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 39% azdır. 
Bu ilin 9 ayında isə Bankın xalis mənfəəti 3,8 milyard lirə (660 milyon dollar) təşkil edib ki, bu da illik müqayisədə 32% azdır. 
Oktyabrın 1-nə "Zıraat Banka"sının kredit portfeli 432 milyard lirə (75 milyard dollar) olub. Bu, ötən il oktyabrın 1-nə nisbətən 14% çoxdur. 
Kreditlərin 310 milyard lirəsi və yaxud 72%-i milli valyutada verilib. Bu isə 1 il əvvəllə müqayisədə 19% çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-toremesi-olan-turkiye-bankinin-menfeeti-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR