NASA qanad çalan kosmik gəmi ilə Veneranın qaranlıq tərəfini tədqiq edəcək

NASA qanad çalan kosmik gəmi ilə Veneranın qaranlıq tərəfini tədqiq edəcək
22:47 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Qanad çalan çərpələng formalı kosmik gəmi Venera planetinin qaranlıq tərəfini tədqiq etməyə kömək edəcək. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Buffalo Universitetinin mühəndisləri tərəfindən hazırlanmış bu aparat Ekstremal Ətraf Mühit və Zonaların Kəşfi (BREEZE) layihəsi çərçivəsində bio-şüalanma texnologiyası əsasında ərsəyə gətirilib. Bu kosmik gəmi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) İnnovasiyalı Qabaqcıl Konsepsiyalar (NIAC) proqramı daxilində seçdiyi 12 layihədən biridir.

Universitetin aerokosmik strukturlar və hibridlər laboratoriyasında hazırlanmış kosmik gəmi quşlar kimi qanad çalaraq Veneranın orbitindəki güclü küləklərin təsirini azalda biləcək. Kosmik gəminin bu planetin atmosferində dözümlülük səviyyəsini sınaqdan keçirmək məqsədilə ABŞ-ın ən küləkli yerlərindən birində test də keçirilib. Layihənin müəlliflərindən biri olan professor Cavid Bayandur bildirib ki, alimlər qrupu Yer kürəsində təbiət əlamətlərindən istifadə etməklə kosmik gəminin effektivliyini artırmağa çalışıb. Onun sözlərinə görə, yeni aparat sərt iqlim zonası və meridian küləklərinə davamlılıq üzrə sınaqlardan keçirilir. Kosmik gəmi hər beş gündən dördündə Veneranın ətrafında uçacaq. Enerji mənbəyi olacaq günəş panelləri isə qalan bir gün müddətində Veneranın işıqlı tərəfində uçmaqla batareyaları şarj edəcək.

Kosmik gəmi Veneranın qaranlıq tərəfində atmosfer və vulkan aktivliyi barədə məlumatlar da toplayaraq Yerə göndərəcək. Bunun üçün onun göyərtəsində ən müasir texnoloji cihazlar quraşdırılacaq.

Venera Günəş sisteminin ən asta fırlanan planetidir. O, Günəşin orbitində 225 gün, öz oxu ətrafında isə 243 gün müddətində fırlanır. Bu səbəbdən planetin günəş şüaları düşməyən qaranlıq tərəfi mövcuddur. Burada çoxlu miqdarda təhlükəli sulfat turşusu və 482 dərəcə Selsi temperatur olduğundan pilotlu kosmik gəmi və ya robotlu aparat göndərilməsi mümkün deyil. Ona görə də astronomlar qrupu onun atmosferini tədqiq etməklə kifayətlənir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR