2028-ci ildən gəldiyini deyən zaman səyahətçisi dedikləri ilə hər kəsi təəccübləndirdi /Fotolar

2028-ci ildən gəldiyini iddia edən zaman səyahətçisi Nikolay danışdıqları ilə hər kəsi heyrətləndirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, gələcəkdən gəldiyini iddia edən zaman səyahətçisi Nikolay Sovet İttifaqında yaşadığını və gənc yaşlarda uçuş lizensiyası aldığını deyərək çox sayda əməliyyatda yer aldığını bildirib.

Xüsusi əməliyyatlarda yer aldığı dövrdə taxma adının "Qara qarğa" olduğunu bildirən zaman səyahətçisi açıqlamalarını Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan bir ölkədə etdiyini bildirib.

Bir müddət sonra əlinə bir qələn və bir kağız alan zaman səyahətçisi rəsm çəkməyə başlayır. Qalaktikalar arasında bir vəzifəyə qatıldığını iddia edən zaman səyahətçisi Sovet İttifaqı dövründə dünya və Mars arasında naməlum obyektlərin araşdırılma vəzifəsinin 1981-ci ildə başladığını bildirib.

Onun dediklərinə əsasən Sovet İttifaqı zamanında seçilən 6 nəfər 2 il davam edən bir səyahətlə Marsa gedib. Mars səyahəti zamanı bu şəxslərə Qızıl Planetdə həyat olduğuna dair məlumat verilib.

Zaman səyahətçisinin iddiasına görə, Mars ordusu 2028-ci ildə dünyaya hücum edəcək və Mavi Planetdə böyük bir təxribat yaşanacaq.

Onun sözlərinə görə, bəşəriyyət Mars ordusu tərəfindən məğlub ediləcək. Nikolayın danışdığı hekayə sosial media istifadəçiləri tərəfindən gülünc qəbul edilib.

2028'den geldiğini iddia eden zaman yolcusu anlattıklarıyla şaşkına çevirdi!

2028'den geldiğini iddia eden zaman yolcusu anlattıklarıyla şaşkına çevirdi!

2028'den geldiğini iddia eden zaman yolcusu anlattıklarıyla şaşkına çevirdi!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR