Vaşinqtonda naməlum adamlar inşaat maqnatı “American Iron Works” şirkətinin rəhbəri Savvasa Savopolusu və onun ailəsini öldürüblər.

ANS PRESS-in məlumatına görə, bu haqda The Washington Post yazır.

Hadisə zamanı şirkət rəhbəri ilə yanaşı Emi Savopolus, onların oğlu Filipp və evin 57 yaşlı qulluqçusu ölüb. Qətl zamanı pansionatda olan biznesmenin iki qızı sağ qalıb. Qətldən sonra naməlum adamlar evi yandırıblar.

Ekspertizanın nəticələrinə görə, 4 qurbandan üçünə küt alətlə zərbələr vurulub. Bundan başqa onların bədənində çoxsaylı bıçaq zərbələri aşkarlanıb.

Savopolusun evi vitse-prezident Co Baydenin iqamətgahından və Vaşinqtonun Milli kilsəsindən bir neçə metr aralıda yerləşir.

Polis cinayətkarı axtarır.

İnşaat maqnatını və onun ailəsini doğradılar (FOTO)

Mənbə
ANS PRESS