Slovakiyalı futbolçu: “Azərbaycan millisinin yetərincə keyfiyyətli oyunçuları var”

Slovakiyalı futbolçu: “Azərbaycan millisinin yetərincə keyfiyyətli oyunçuları var”
10:12 15 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Heyətdə kimlərin yer almasından asılı olmayaraq güclü Xorvatiya yığmasına qarşı hazır olmalıyıq. Azərbaycan millisinin də yetərincə keyfiyyətli futbolçuları var. Hərçənd əksəriyyəti yerli klublarda çıxış edirlər”.
“Report”un məlumatına görə, bunu sports.sk saytına Slovakiya yığmasının futbolçusu Yan Qrequş noyabrın 16-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə isə Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçları barədə danışarkən deyib.
ABŞ-ın “Minnesota Yunayted” klubunun formasını geyinən 28 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün matçlara məsuliyyətlə yanaşmalıdırlar və bacarıqlarını yüz faiz ortaya qoymalıdırlar.
Qeyd edək ki, Xorvatiya hazırda 14 xalla E qrupunun lideridir. Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin noyabrın 16-da qəbul edəcəyi Slovakiya yığması isə 10 xalla 3-cü sıradadır. Macarıstan 12 xalla 2-ci sırada qərarlşasa da, ehtiyatda cəmi 1 oyunu var. Marko Rossinin baş məşqçi olduğu komanda noyabrın 19-da Uels səfərində xal itirsə, slovakiyalıların işi asanlaşacaq. İstənilən halda, Pavel Hapalın rəhbərlik etdiyi yığma növbəti 2 dueldən qalib ayrılsa, AVRO-2020-yə vəsiqə qazanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/slovakiyali-futbolcu-azerbaycan-millisinin-yeterince-keyfiyyetli-oyunculari-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR