XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinə münasibət bildirib

XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinə münasibət bildirib
17:43 15 Noyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ukraynanın Krım Muxtar Respublikasında insan hüquqlarına dair BMT qətnaməsinin səsverməsində iştirak etməməsinə münasibət bildirib.

XİN-in Mətbuat katibi Leyla Abdullayeva bununla bağlı Trend-ə deyib ki, bu ilin 14 noyabr tarixində BMT-nin üçüncü komitəsi çərçivəsində səsverməyə çıxarılan “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı qətnamənin bəzi müddəaları Azərbaycanın xarici və daxili siyasəti ilə bağlı mövqeyinə uyğun gəlmədiyindən ölkəmiz səsvermədə iştirak etməyib.

L.Abdullayeva bildirib: "Bununla yanaşı, iclas zamanı Azərbaycan nümayəndəsi çıxış edərək ölkəmizin Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, siyasi müstəqilliyi, birliyi və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib və Ukrayna ərazisindəki münaqişələrin Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq həll edilməli olduğunu səsləndirib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3149458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR