Gürcüstan müxalifəti Tbilisidə kütləvi etiraz aksiyası keçirir

Gürcüstan müxalifəti Tbilisidə kütləvi etiraz aksiyası keçirir
15:12 17 Noyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında kütləvi etiraz aksiyası başlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, aksiyada "Güc birlikdədir" müxalif birliyi, "Lelo", "Girçi" və "Utanc" hərəkatının üzvləri iştirak edirlər.
Aksiyanın əsas tələbi proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefasıdır.
Müxalifət həmçinin Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini də tələb edir. Aksiyaya müxalifət partiyalarının digər şəhər və bölgələrdəki yerli təşkilatlarının üzvləri və tərəfdarları da qatılıb.
Aksiya ilə bağlı parlament binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi aksiya zamanı ictimai təhlükəsizliyin təmin ediləcəyini bildirib. Qurumdan qeyd olunub ki, aksiya iştirakçılarının istənilən qanun pozuntusu, inzibati orqanlara hücum və ya mühasirəyə alınması cəhdlərinin qarşısı dərhal alınacaq.
Yerli vaxlta saat 17:00-da müxalif Vətənpərvərlər Alyansı Partiyasının təşkilatçılığı ilə Tbilisidəki Birinci Respublika Meydanında digər etiraz aksiyası da keçiriləcək. Aksiyada hakim Gürcü Arzusu Partiyasının hakimiyyətdən getməsi tələb olunacaq. Partiya etiraz aksiyalarının davamlı olaraq keçiriləcəyini elan edib.
Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 14-dən etibarən başlayıb. Etirazlara səbəb ölkə parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsidir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-muxalifeti-tbiliside-kutlevi-etiraz-aksiyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR