UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir (FOTO)

UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir (FOTO)
15:55 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UNESKO baş qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyası çərçivəsində Mədəniyyət nazirlərinin birinci Forumu öz işinə başlayıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Forumda 100-dən çox ölkənin Mədəniyyət nazirləri iştirak edir. Forum çərçivəsində “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji”, “Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, “Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və “İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel keçiriləcəkdir.

Forumu açıq elan edən UNESKO baş direktoru Odre Azuley tədbirin əhəmiyyətinə toxunaraq Baş Konfrans çərçivəsində ilk dəfə həyata keçirilən Forumun həm üzv dövlətlər arasında, həm də üzv dövlətlərlə təşkilat arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etmişdir.

“Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji” mövzusuna həsr olunmuş paneldə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etmişdir. Nazir çıxışında mədəniyyət və mədəni irsin qorunması sahəsində ölkə və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların ənənələrini qoruyub saxlamaqla əsrlərdir sülh şəraitində birgə yaşadıqlarını, həmçinin ölkədə mövcud olan mədəni və dini abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyini, bu sahədə Heydər Əliyev Fondunun və Fondun prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etmişdir.

Ə.Qarayev, həmçinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında 2008-ci ildən ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” nin rolunu vurğulayaraq bu təşəbbüs çərçivəsində həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının mədəni müxtəliflik və dialoqu təşviq etməklə dünyada dayanıqlı inkişafa töhfə verdiyini bildirmişdir.

Birinci paneldə Azərbaycanla yanaşı Əlcəzair, Andorra, Anqola, Benin, Xorvatiya, Nikaraqua, Hindistan, Burkina-Faso, Konqo, Fransa, Şimali Makedoniya, Mavritaniya, Paraqvay və Çinin mədəniyyət sahəsinə məsul nazirləri çıxış edəcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3151048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR