“Traktor”un oyunu təxirə salındı - Etirazlara görə

“Traktor”un oyunu təxirə salındı - Etirazlara görə
12:05 20 Noyabr 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

İranda ötən həftədən başlayan etirazlar bu ölkənin futbol üzrə yüksək liqasının oyunlarına təsirsiz ötüşməyib. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, İran Futbol Federasiyası bu səbəbdən bəzi oyunları təxirə salmaq qərarına gəlib.

Bu oyunlar arasında Cənubi Azərbaycan təmsilçisi "Traktor"un da matçı var. Belə ki, Təbriz klubu noyabrın 22-də doğma meydanda "Şəhr Xodro" ilə qarşılaşmalı idi. Amma federasiya bu matçın da etiraz aksiyalarına görə təxirə salındığını açıqlayıb.

Hələlik təxirə salınan oyunların hansı tarixdə keçiriləcəyi bəlli deyil. Federasiya buna daha sonra qərar veriləcəyini açıqlayıb.

"Traktor" 10 turdan sonra 17 xalla 5-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR