Hitlerin evi görün nə kimi fəaliyyət göstərəcək - QƏRAR VERİLDİ/FOTO

Hitlerin evi görün nə kimi fəaliyyət göstərəcək - QƏRAR VERİLDİ/FOTO
08:03 21 Noyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Hitlerin doğulduğu ev polis bölməsi olacaq.

Publika.az
xəbər verir ki, Avstriya daxili işlər naziri Volfqanq Peşorun, nasist lideri Adolf Hitlerin dünyaya gəldiyi evin polis bölməsi olacağını deyib.

Avstriyalı səlahiyyətli şəxslər, illərlə davam edən müzakirələrin ardından Almaniya sərhədinə yaxın bir qəsəbə olan “Braunau”da nasist lideri Adolf Hitlerin evinin polis bölməsinə çevriləcəyini açıqlayıb.

Binanın Nasional Sosializm xatirəsini əsla oyandırmayacağına dair dəqiq bir siqnal verməli olduğunu qeyd edən nazir, bu ay içərisində yeni dizayn üçün memarların dəvət ediləcəyini, yarışma vasitəsilə ən uyğun dizaynın seçiləcəyini ifadə edib.

Qeyd edək ki, Hitler binada qısa müddət yaşamasına baxmayaraq, dünyadakı nasist tərəfdarları burada bir araya gəlirdi. Onlar hər il Hitlerin ad günündə binanın qarşısına toplaşaraq mitinq təşkil edirdilər.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/296706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR