Çində xilasedicilər 11 fəhləni mədəndən çıxardıblar

Çində xilasedicilər 11 fəhləni mədəndən çıxardıblar
08:36 21 Noyabr 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin şərqindəki Şandun əyalətinin ərazisində xilasedicilər qəza nəticəsində kömür mədənində qalan 11 fəhləni təcili əməliyyat tədbirləri görərək çöküntülər altından çıxardıblar.

Trend-in məlumatına görə, xilas edilmiş mədən işçilərinə bütün lazımi köməklik göstərilib. Qəzanın səbəbləri dəqiqləşdirilir, araşdırma aparılır.

Hadisə noyabrın 20-də yerli vaxtla 05:50-də baş verib. Vilayət rəhbərliyi tez bir zamanda təcili yardım qrupu yaradıb, 140-dan çox xilasedicini səfərbər edib. Tıxacı aradan qaldırmaq və mədəndə bloka düşənləri tapmaq üçün bir sutka vaxt tələb olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3151819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR