ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Milli.Az xalq artisti canlı yayımda təəccübləndirən açıqlama verib:

"Əli Mirəliyevin ayda 30 gün toyu və 2 nəfər bərkgedən xanım müğənniləri var idi. Biri Firuzə İbadova digəri isə Firəngiz Musəvi.

O vaxtlar elə-belə müğənni deyildi, çox savadlı və populyar müğənni idi. Ötən gün verilişlərin birində Əli Mirəliyevlə birlikdə idim. Ona dedim ki, Əli, bu, nə məsələdir?

Çoxdandır dalımca danışmırsan, tənqid-təhqir etmirsən, toylarım azalıb".

Milli.Az