Naxçıvanın Daxili İşlər naziri sələfinin qərarını ləğv etdi

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin "Mühafizə Şöbəsi haqqında Əsasnamə” təsdiqlənib.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əmr imzalayıb.

Əmrlə qərara alınıb ki, Əsasnamə Şərur rayon mühafizə bölməsi və Culfa rayonlararası mühafizə bölməsi xidmətlərinin fəaliyyətində rəhbər tutulsun.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 11.03.2003-cü il tarixli, 23 nömrəli əmri ilə təsdiqlənmiş əsasnamə ləğv edilib.

Mühafizə Şöbəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsidir.

Şöbə müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edir.

Xatırladaq ki, Naxçıvanın Daxili İşlər naziri F.Ələkbərov sələfi Əhməd Əhmədovun qərarını ləğv edib.

Ə.Əhmədov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 16 iyun 2000-ci il tarixli fərmanı ilə Daxili İşlər naziri təyin olunmuşdu.

O, Ali Məclis Sədrinin 28 iyul 2017-ci il tarixli sərəncamına əsasən, vəzifəsindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR