Təhsil Nazirliyi müəllimlərin maaşı ilə bağlı sərəncamı şərh etdi

Təhsil Nazirliyi müəllimlərin maaşı ilə bağlı sərəncamı şərh etdi
19:09 16 Yanvar 2015
1337 Sosial
Ölkə mətbuatı
A- A+

Müəllimlərin əməkhaqlarının artırılması barədə sərəncam 30 min müəllimə şamil olunacaq

 

“Ölkə prezidenti İlham Əliyev neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, sosial sahəni prioritet elan etdiyini bir daha sübut etdi. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı bunun bariz nümunəsidir”. Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KIV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, sərəncam müəllimlərin dərs yükü normasının 12 saatdan 18 saata artırılmasını nəzərdə tutaraq müəllimlərin əməkhaqlarının artırılmasına səbəb olacaq. Bu, həm də Azərbaycan Respublikasında “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan müddəaya uyğun olaraq həyata keçirilir.

 

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ötən ilin yayında müəllimlərin biliyinin və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Prezidentin bu sərəncamı nəticəsində dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılacaq”

 

TN rəsmisi qeyd edib ki, sərəncamın birinci hissəsi yanvarın 1-dən qüvvəyə minir. Ümumilikdə 30 minə yaxın müəllim bu sərəncamdan yararlanacaq. Sərəncam paytaxtda yerləşən ümumtəhsil məktəblərinin müəllimlərinə şamil edilir.

 

 

   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR