"Joker" filminin davamı çəkiləcək

"Hollywood Reporter" jurnalı 1 milyard gəlir əldə edən "Joker" filminin bölük ehtimalla davamının çəkiləcəyini bildirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, jurnalın xəbərinə görə, rejissor Tod Flips və filmin ssenaristi Skot Silver yenidən bir araya gələrək filmin ikinci hissəsini yazacaqlar. Önümüzdəki ilin əsas "Oskar" namizədlərindən olan filmin ikinci hissəsində də Cak Foneksin rol alacağı gözlənilir.

Bildirilir ki, rejissor Tod Flips və "Warner Broth" şirkətinin rəhbəri Tobi Emmerik bir xarakterin orjinal hekayəsindən danışan ikinci filmin çəkilişində razılaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR