Türkiyədə Gül, Babacan və 42 deputatla

“Türkiyənin sabiq Prezidenti Abdullah Gül ilə keçmiş Xarici İşlər naziri Ali Babacan dekabrın 1-də Demokrat Partiyasına qatılacaq”.

Metbuat.az xəbər verir ki, belə bir iddia ilə jurnalist Yekta Yaktı çıxış edib.

Onun sözlərinə görə, sözügedən şəxslərlə birlikdə hakim AKP-dən olan 42 millət vəkili də istefa verərək DP-yə qatılacaq.

Yaktı Demokrat Partiyasının baş direktoru Gültəkin Uysalın ötən həftə bələdiyyə rəhbərləri ilə tək-tək görüşərək bu məlumatı paylaşdığını bildirib.

Həmçinin, qeyd olunub ki, mərhum Prezident Süleyman Dəmirəlin həkimi, millət vəkili Aylin Cəsur, keçmiş dövlət naziri Ayfər Yılmaz da həmin tarixdə partiyaya üzv olacaq.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR