Bu ölkə vətəndaşlarının hər 4 nəfərindən biri siqaret çəkir

Bu ölkə vətəndaşlarının hər 4 nəfərindən biri siqaret çəkir
20:05 22 Noyabr 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Moldova vətəndaşlarının hər 4 nəfərindən biri siqaret çəkir. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Moldova Milli İctimai Səhiyyə Agentliyinin yaydığı məlumatda ölkədə siqaret çəkənlərin 25,3 faiz təşkil etdiyi açıqlanıb. Siqaret çəkənlərin 5,6 faizi qadınlardır. Moldovada siqaret çəkməyə başlanan orta yaş 17-dir.

İl ərzində Moldovada siqaretin alınmasına 1 milyard 830 leev pul xərclənir.

Qeyd edək ki, 2017-ci ildən Respublika Narkoloji Dispanserində siqaret çəkməyi tərgitmək istəyənlər üçün "yaşıl xətt" yaradılıb. Keçən il 500 nəfərin müraciəti daxil olub, onlardan 305 nəfəri müalicə alaraq siqaret çəkməyi tərgidib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR