Maykl Cekson haqqında film çəkilir

Pop musiqinin kralı hesab olunan Maykl Cekson haqqında bioqrafiq film çəkiləcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 2009-cu ildə həyatını itirən ulduzun filmini "Oskar" mükafatı qazanmış rejissor Qraham Kinq çəkəcək. Filmin ssenarisini isə 2 "Oskar" namizədliyi olan Con Loqan yazacaq. Çəkilişlərin nə vaxt başlayacağı və Maykl Cekson rolunu kimin canlandıracağı haqda isə məlumat verilməyib.

Filmin Maykl Ceksonun həyatını hər tərəfli əks etdirəcəyi, haqqında uşaqlara təcavüz iddiaları olan Mayk Ceksona bəraət qazandırmaq niyyətli olmadığı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR