"Report" xəbər verir ki, bunu "SOCAR Petrolium Georgia" şirkətinin rəhbəri Mahir Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq mətbuatda həqiqətə uyğun olmayan müxtəlif spekulyativ xarakter daşıyan məlumatlar yayılıb. Şirkət rəhbəri bildirib ki, zavod Şahdəniz yatağında qaz hasilatı layihəsi başa çatıncayadək inşa oluna bilməz, məhz buna görə layihə uyğun vaxtadək təxirə salınıb.
"Hazırda Azərbaycanda iqtisadi vəziyyət belədir ki, bizim bu layihə ilə bağlı müəyyən problemlərimiz yaranıb. Ona görə zavodun tikintisi təxirə salındı, lakin biz bu layihəyə mütləq qayıdacağıq. Bu bizim qərarımız idi və Gürcüstan hökuməti də onunla razılaşmışdı. Odur ki, layihə bağlanmayıb, təxirə salınıb" - deyə Mahir Məmmədov qeyd edib.