"Türkanı pul qazanmaq üçün yanımda saxlayırdım" -

Meyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadə ilə bağlı təəccübləndirici sözlər deyib.

Metbuat.az
xəbər verir ki, ifaçı "Ən yaxşısı" verilişində bir müddətdir ayrıldığı Türkanla işbirliyinin məqsədinin dəstək yox, pul qazanmaq olduğunu bildirib:

"İşdə ən önəmli məsələ puldur. Borcum yoxdur ki, gedim kiminsə qapısın döyüm, dəstək olum. Məqsədim pul qazanmaq olub. Mənim layihəm olub, Türkanı çağırdım pul qazandım. O mənə, mən ona kömək olmuşam.

Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirmişəm. Mən kim olmuşam ki? Hərənin öz istedadı var. Xoşum gəlmir kiməsə kömək edib, üstünə damğa qoymaqdan. Kişiyə yaraşan hərəkət deyil.

Ayrılığın tək səbəbi dostumun məclisinə gəlməməyi deyildi. Onu əlində bayraq etmək olmaz. Başqa səbəblər də oldu".

(axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR