Rusiya yığması 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına buraxılmaya bilər.
"Report" xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyinin müvafiq komitəsi Rusiyanı dörd il müddətində beynəlxalq yarışlardan kənarlaşdırmağı, həmçinin onların keçirilməsi ilə bağlı tenderlərdə iştirakı qadağan edilməsini tövsiyə edib.
Qeyd edilir ki, Rusiyada planlaşdırılan yarışlar bu ölkədən alınıb başqa dövlətlərə verilə bilər.