Türkiyə aktyoru Haluk Bilginər "puhutv.com"da yayımlanan "Şəxsiyyət" serialındakı "Agah Beyoglu" roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Emmi" mükafatını qazanıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, mükafatlar üçün təqdim edilən siyahıda 21 ölkədən 11 kateqoriyada 44 namizəd yer almışdı. 47-cisi keçirilən "Emmi" mükafatının qalibi olan aktyor verdiyi açıqlamada deyib:

"Özümü çox yaxşı hiss edirəm. Özümdən çox Türkiyəyə bu mükafat getdiyi üçün sevincliyəm. Çox sevərək və bəyənərək etdiyimiz bir işin başqaları tərəfindən beynəlxalq bir platformada təqdir edilməsi və mükafat verilməsi sevindiricidir. Çox xoşbəxtəm".

Qeyd edək ki, "Emmi" mükafatı televiziya sahəsində verilən mükafatdır.