Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Mayın 16-ı Türkiyə hərbi hava qüvvələri (HHQ) Suriyanın vertolyotunu deyil, İran istehsalı olan “Mohajer-4” pilotsuz uçuş aparatını vurub. Trend-in Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin müdafiə naziri İsmet Yılmaz deyib.

Onun sözlərinə görə, Türkiyə HHQ Suriya tərəfindən istənilən hava hücumunun qarşısını almaq iqtidarındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az